Rusiya dörd nöqtədə sərhədi keçdi NATO ilə müharibə astanasında

177

Hurriyyet.org xəbər verir ki, NATO-ilə Rusiya arasında gərginlik artmaqdadır. Rusiya Hava Qüvvələrinə məxsus qırıcılar Qara dənizdən Baltik dənizinə, Atlantik okeanının şimalından Şimal dənizinə qədər NATO-nun Hava Hücumundan Müdafiə Sistemlərini keçməyi sınayıb. Qara dənizdəki gərginlikdə Türkiyə qırıcıları da işə qarışıb, Rusiya Ukrayna sərhədinə hərbçi toplamağa başlayıb…

ABŞ-da Cozef Baydenin prezident kürsüsünə oturmasından sonra NATO ilə Rusiya arasında gərginlik artıb, dörd ayrı məntəqədə müharibə təhlükəsi yaranıb.

NATO bazar ertəsi günü rəsmən açıqlama verərək, Şimali Atlantikada, Şimal dənizində, Baltik dənizində və Qara dənizdə ittifaqa məxsus qııcılar tərəfindən Rusiya hərbi təyyarələrinin qarşısının alındığını bəyan edib. 6 saat ərzində 10 dəfə iki qüvvə qütbü arasında havada çəkişmə baş verib. NATO Rusiya qırıcılarının mülki təyyarələr üçün təhdid olduğunu bildirib. NATO-nun açıqlamasında Norveçin F-16-larının Norveç sahillərində iki ədəd Tu-95 təyyarəsinin qarşısını kəsdiyini bildirib. Bundan bir neçə saat sonra iki ədəd Tu-160 bombardman təyyarəsinin də qarşısı Norveç qüvvələri tərəfindən kəsilib.

Qara dəniz səmasındakı Rusiya hərbi təyyarələrinin qarşısını kəsmək üçün Türkiyə, Rumıniya və Bolqarıstanın çox sayda qırıcısı havaya qalxıb. Şimal dənizində uçan Rusiya qırıcılarının qarşısını isə İngiltərənin və Belçikanın hərbi təyyarələri kəsib.

Rusiyanın Avropanın mərkəzindəki Kalininqrad şəhərinin yaxınlığında, Baltik dənizində havaya qalxan patrul təyyarəsini isə İtaliyanın hərbi təyyarələri əngəlləyib.

NATO rəsmi “Tvitter” hesabında hadisələr barəsində Rusiya təyyarələrinin qarşısını kəsən Türkiyə, Belçika, İtaliya, Rumıniya, Bolqarıstan, İngiltərə və Norveç dövlətlərinin bayraqlarını paylaşaraq məlumat verib.