“Rusiya, Çin, İran və KXDR Qərb üçün başlıca təhdiddir” – Blinken

252

Rusiya, Çin, İran və Koreya Xalq Demokratik Republikası (KXDR) Qərb üçün başlıca hərbi təhdidlərdir. Bu barədə martın 24-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken NATO-nun Brüsseldəki mənzil-qərarahında «Vaşinqtonun xarici alyansları və həmkarları» mövzusundakı çıxışı zamanı bəyan edib.

«Mənim nəzərimcə 3 kateqoriya təhdid var. Birinisi, digər ölkələr tərəfindən hərbi təhdidlər. Bu, Rusiya, Çin, İran və Şimali Koreyadır» – deyə, ABŞ diplomatiyasının başçısı təsdiqləyib.

Blinkenin sözlərinə görə, ABŞ və NATO Rusiyanı «bizim təhlükəszliyimizə çağırış» hesab etsə də əvvəlki kimi onunla strateji sabitlik üzrə (Strateji hücum silahlarının azaldılması barədə Müqavilə də daxil olmaqla) dialoq var.

«Biz, hamımız gözləyirik ki, yaxın gələcəkdə Rusiya ilə münasibətlər alyansın təhlükəsizliyi üçün çağırış olaraq qalacaq. Ancaq biz, ümid edə bilərik ki, Moskva ilə münasibət ən azı stabil və proqnozlaşdırıla bilinən olacaq» – Blinken qeyd edib.

“AzPoitika.info”