Rusiya Aya uçuşun təxirə salınmasını planlaşdırır

420

Rusiya Elmlər Akademiyasının şurası Aya uçuş üçün raket kompleksinin yaradılmasının təxirə salınmasından ötrü “Roskosmos”a müraciət edib. Axar.az xəbər verir ki, bu barədə şuranın saytında məlumat yerləşdirilib.

Müraciətdə şura və “Roskosmos”un prezidentə 2030-cu ilə qədər müəyyən kosmik fəaliyyətlə bağlı dövlət siyasətinə dəyişikliklər üçün təklif irəli sürmələri gərəkdiyi vurğulanıb. Şura Aya göndərilməli olan ağır raketlərin hazırlanmasında perspektivli və iqtisadi baxımdan təsdiqlənmiş texnologiyaların istifadə edilməsinin zəruri olduğunu bildirib.

Qeyd edək ki, Rusiya 2028-ci ildə “Yenisey” raket daşıyıcısını buraxmalı idi. Bu daşıyıcı 103 ton yükü orbitə çıxarmalı və ya Aya missiyalarda istifadə edilməliydi.