Rusiya ABŞ ilə Ukraynanı təhdid elədi

129

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya hərbçi göndərəcəyi təqdirdə, Rusiyanın “milli təhlükəsizliyini təmin eləmək üçün əlavə addımlar atmağa məcbur olacağını” söyləyib.

“Röyters” informasiya agentliyinin verdiyi xəbərə görə, dünən Rusiya Ukraynanın şərqindəki Donbass bölgəsində toqquşmaların artacağı təqdirdə, Ukraynanı “yox edə biləcəyi” barəsində xəbərdarqlıq eləmişdi. Buna cavab olaraq, NATO Ukraynanın şərqinə yaxın bölgədə Rusiyanın böyük hərbi qüvvə toplamasının narahatverici oladuğunu açıqlamışdı.

Pentaqonun açıqlamasına görə, ABŞ-ın Müdafiə naziri Lloyd Austin dünən ukraynalı həmkarı Andrii Taran ilə danışıb və “Ukraynanın şərqində Rusiyanın aqressiv və təhrikçi fəalllığının artmasını pisləyib”.