Rusiya 4 ölkədən olan 7 diplomatı “arzuolunmaz şəxs” elan etdi

117

Hurriyyet.org xəbər verir ki, Rusiya Litvanın 2, Latviyanın 1, Estoniyanın 1 və Slovakiyanın 3 diplomatını arzuolunmaz şəxs elan edib. Diplomatların 7 gün içərisində, yəni 5 may tarixinə qədər Rusiyanı tərk eləməsi tələb edilib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Rusiyanın Xarici İşlər Nazrliyindən verilən açıqlamada Litvanın Moskvadakı səfiri Eitvydas Bayarunas, Latviyanın Moskvadakı səfiri Maris Riekstinş və Estonyanın Moskvadakı səfirinin müşaviri Piret Reintamm Bennonun nazirliyə çağırılaraq bu ölkələrdən Rusiya diplomatların “əsassız və təhrikedici” şəkildə qovulmasına sərt şəkildə etiraz edilib.

Açıqlamada Pribaltika ölkələrinin Çexiya ilə həmrəy olduğu və Rusiyaya qarşı durduqları bildirilir.