Rus sülhməramlıları Xankəndi aeroportunun tikintisini başa çatdırıblar – ermənilər Moskva reysinin açılmasını gözləyirlər

822

“Üçtərəfli razılaşma çərçivəsində müzakirə edilməli olan müəyyən siyasi məsələlər var”

Hurriyyet.org xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən “Hetq” qəzeti rusiyalı sülhməramlıların Qarabağda, o cümlədən Xankəndi aeroportunda fəal inşaat işləri apardığını yazıb.

Qəzetin yazdığına görə, Xankəndindəki separatçıların qondarma “prezident administrasiyası”nın rəhbəri Artak Beqlaryan aeroportun tikintisinin artıq başa çatdığını, istifadəyə hazır olduğunu, hazırda aeropota məxsus ərazidəki yaşayış məntəqələrinin tikintisinin davam etdiyini söyləyib.

Aeroportdan həm hərbi, həm də mülki uçuşların həyata keçiriləcəyi deyilir. Beqlaryan deyib: “Mən bildiyimə görə, üçtərəfli razılaşma çərçivəsində müzakirə edilməli olan müəyyən siyasi məsələlər var. Lakin müsbət tendensiya var və ümid edirəm ki, yaxın zamanda məsələ tam həll ediləcək.  Aeroport istifadəyə verilsə, buradan Moskvaya mülki reyslərin həyata keçirilməsi sırf texniki məsələ olacaq, bu mənada problem yaranmayacaq”.