Rus pilotu qətlə yetirən Çelik azadlığa çıxdı

213

2015-ci ildə rusiyalı pilot Oleq Peşkovu Suriyada qətlə yetirən Alparslan Çelik azadlığa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı onun vəkili Murad Üstündağ yayıb. Məlumata görə, o, beş il həbsdə yatıb.

Qeyd edək ki, Peşkov Suriyada Türkiyə təyyarəsi tərəfindən məhv edilən Rusiya Su-24 təyyarəsinin pilotu olub. Katapult edərək həyatını xilas edən Peşkov daha sonra yerdə Çelikin dəstəsi tərəfindən qətlə yetirilib.

Çelik daha sonra bu iddiaları rədd edib. İzmir məhkəməsi onu qanunsuz silah saxlamaqda ittiham edərək, beş il həbsə məhkum etmişdi.