Rövnəq Abdullayevin dayısı oğlu, SOCAR-ın satış direktoru Türkiyədə öldürüldü / YENİLƏNİB

201

Türkiyədə ötən gün yerli vaxtla saat 23:00-da lüks otellərin birində özünü başından tapança ilə güllələdiyi bildirilən və Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin kimliyi aydınlaşıb.

Bakupost.az xəbər verir ki, Nihad Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur və SOCAR-da satış direktoru vəzifəsində çalışır.

Artıq onun bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi haqda məlumat yayılıb.

Qeyd edək ki, Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.

Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyev SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.

Xatırladaq ki, N.Əliyevin intihar etmədiyi, oteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələndiyi də bildirilir.

**

Türkiyədə, İstanbulun Beşiktaş rayonunda qaldığı oteldə azərbaycanlı 40 yaşlı iş adamı Nihad Əliyev tapança ilə baş nahiyəsinə atəş açaraq intihara cəhd edib.

Bakupost.az xəbər verir ki, özəl xəstəxanaya yerləşdirilən iş adamının vəziyyəti ağır olaraq qalır.

Hadisə zamanı Əliyevin yanında olan 3 qadın polis şöbəsinə aparılıb və ifadələri alınıb. Qadınlar N.Əliyevlə oteldə tanış olduqlarını bildiriblər.

Məlumata görə, iş adamı oteldə 6 dostu ilə birlikdə qalırmış.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıblar.

https://m.sabah.com.tr/yasam/2021/03/25/besiktasta-azeri-is-insani-eglen…