Roma Papası Fransisk Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izlədiyini açıqlayıb. “Moskva-Bakı” portalının məlumatına görə, Papa Fransisk bu barədə Vatikanda akkreditə olunan diplomatik korpus rəhbərləri qarşısında çıxışı zamanı deyib.
“Mən Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”, – Roma Papası qeyd edib.
Onun sözlərinə görə, közərməyə davam edən münaqişələr bütün regionda sabitlik və təhlükəsizliyi pozur.
“Hazırkı dövrdə dinlərarası dialoq xalqların və mədəniyyətlərin qovuşması üçün vacib komponent sayılır”, – Roma Papası vurğulayıb. \\Virtualaz.org