Regionda yeni ittifaq işartıları…

249

Kreml könüllü olaraq rus dövlətçiliyinin məzarına girir?

Rus millətinə dövlətçiliyi Türklərin bəxş etməsi tarixdən bəlli və heç bir sübut və izahata ehtiyacı olmayan fakt olduğundan, mən bu mövzuya toxunmuram. Birinci Pyotrun dövründən ta 1918-ci ilə qədər isə, rus dövlətini özlərinin milli mənsubiyyətini maskalamaq üçün öz adları ilə deyil, rus adları ilə adlandırılan almanlar idarə etmişlər. Bu müddət ərzində Avropalıların işğalçılıq siyasətinin qarşısında keçilməz sədd olan iki türk dövlətini, Osmanlı və Qacar dövlətini aradan götürmək üçün daim Rusiyanı bu dövlətlərə qarşı müharibəyə sövq etməklə rusiyanın xidmətindən yararlanmışlar.

Bütün bunlar daim xristian Qərbin himayəsi və xristian ermənilərin aktiv anti-Rusiya fəaliyyəti ilə baş verir. SSRİ-ni bərpa etmək mümkün deyil. Pribaltika, Ukrayna, Gürcüstan artıq Qərb ölkələridir. Belorusiya heç vaxt və heç bir şərtlə Rusiyanın tərkibinə daxil olmayacaq. Ermənilər baş nazirinin dili ilə Rusiyanın onların hətta müttəfiq olmadığı, Rusiyadan türklərdən qorunmaq üçün ancaq bir vasitə kimi istifadə etdiklərini BBC-nin müxbirinə verdiyi müsahibədə açıq və birmənalı olaraq bəyan etdilər. Çoxları bunu baş nazir Paşinyanın Qərbyönlü şəxsi mövqeyi, Qərb tərəfindən maliyyələşdirilən «Qərbin adamı» olması ilə əlaqələndirir. Doğrudan da, Paşinyan «Qərb» tərəfindən maliyyələşdirilir və «Qərbin adamıdır». Burada bir sual ortaya çıxır: Məgər bu günə qədər ermənilərin din və dövlət rəhbərlərinin fəaliyyəti «Qərb» tərəfindən maliyyələşdirilməyib və ya onlar «Qərbin adamı» olmayıb? Bütün dövrlərdə ermənilərin dini, dövlət, siyasi partiyalar, terrorçu təşkilatlarının rəhbərləri Qərb ölkələri və Rusiya dövləti tərəfindən bu və digər formada, səviyyədə maliyyələşdirilib, idarə edilib. Bütün bu sadalananların iqtisadi, təşkilati, diplomatik himayədarlığından tam istifadə etməklə ermənilər öz himayədarlarının «arzusunu», sifarişini ancaq ermənilərə sərfəli olan, öz məqsədlərinə uyğun məzmun və mahiyyətdə həyata keçirmişlər.

Yəni Ermənistanın Rusiyanın çevrəsindən çıxmaq istəyi və cəhdi ancaq Paşinyanla bağlı deyil. Paşinyandan əvvəlki erməni rəhbərlər də daim buna can atıb, bu prosesə qulluq ediblər. Sadəcə olaraq erməni strateqiyasını idarə edənlər bunun üçün artıq birmənalı şərait yarandığını hesab edərək, Paşinyana bu istiqamətdə açıq fəaliyyətə başlamaq göstərişi veriblər. Onların vaxt seçiminin nə dərəcədə düzgün olduğunu bu prosesin sonrakı inkişafı göstərəcək. Lakin bir məsələ aksiomadır ki, əgər Ermənistan dövlətinin mövcudluğu davam edərsə, əlverişli şərait yaranan kimi Ermənistan Rusiyanın nəinki əsarətindən, hətta nüfuz dairəsindən belə çıxacaq. Bu məsələnin yeganə və həmişəlik həlli yolu Göyçə, Zəngəzur, İrəvan torpaqlarını öz sahibinə, yəni Azərbaycana qaytarılması ilə bərabər, bununla barışmayan ermənilərin Fransaya göndərilməsidir. Əks halda ermənilər daim türk və rus milləti və dövləti arasında daim düşmənçilik toxumu səpməyə çalışan amil olaraq qalacaq.

SSRİ ərazisində yaranan türk respublikalarına gəldikdə isə, onlar artıq iqtisadi, texniki, siyasi və s. parametrlər üzrə xeyli dərəcədə inkişaf etmiş və müstəqilləşmişdir. Onların suverenliyinə sui-qəsd edən hər hansı bir ölkə ciddi problemlərlə qarşılaşmalı olacaq. Belə ki, buna nə başqa türk ölkələri, nə də NATO biganə qalmayacaq. Bunu Azərbaycan-Ermənistan müharibəsində Rusiya və Ermənistanın üzv olduqları kollektiv müdafiə təşkilatının türk respublikalarının Ermənistanın mövqeyini müdafiə etməyə məcbur edə bilməməsi çox aydın göstərdi. Bundan başqa da Rusiyanın bu günkü iqtisadi, texniki gücü, inkişaf səviyyəsi də bu sadalanan ölkələri hərbi güc vasitəsilə öz orbitində zorla saxlamağa imkan da vermir. Rusiyanın keçmiş sovet respublikalarına qarşı müxtəlif vasitələrlə yaradıb idarə etdiyi ərazi iddiaları prosesi vasitəsilə bu respublikaları öz çevrəsində saxlamaq cəhdlərinin nəticələri əks-təsir effekti verməklə, onların Rusiyadan uzaqlaşma cəhdlərini ancaq sürətləndirməsi göz önündədir. Daha bir sual ortaya çıxır: ümumiyyətlə qarşıdakı ən azı bir neçə yüzillikdə ruslara və türklərə öz aralarında qarşıdurma lazımdırmı? Xüsusilə dünya ağalığı uğrunda iki, son dərəcədə bütün göstəriciləri ilə həm rus, həm də türk dövlətlərindən yetərincə güclü iki ölkənin, yəni ABŞ və Çinin mübarizəyə başlaması, üçüncünün, yəni Hindistanın da növbədə durduğu bir dövrdə rus-türk qarşıdurması bu iki qonşu millət və dövlətin heç birinə sərfəli olmayıb, heç birinin milli və dövlət maraqlarına uyğun deyil. Bu ikinci dünya müharibəsi dövründə İngiltərənin baş naziri Uinston Çerçilin bir ifadəsini yada salır: «Mən rus əskərini tabutda, alman əskərini isə cərrahi əməliyyatı stolunun üstündə görmək istəyirəm».

Bu gün rus və türk dövlətini bu nisbət və vəziyyətdə görmək istəyən dövlətlərin sayını isə iki əlin barmaqları ilə də sayıb qurtarmaq mümkün deyil. Bu gün Azərbaycan ərazidərini işğal etmiş Ermənistanı müdafiə etmək Rusiyanın milli maraqlarına uyğun da deyil. Bu gün Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsinin həvalə edildiyi Minsk qrupu həmsərdrləri ABŞ və Fransanı qəflətən «oyundan kənar» vəziyyətdə qoyub, məsələni Türkiyə ilə birlikdə həll etmək qərarına gələn Rusiyanın bu addımını bir çox şərhçilər Rusiyanın ABŞ və Fransanı Cənubi Qafqaza buraxmamaq istəyini əsas amil kimi göstərirlər. Bu amil mövcuddur, lakin nə əsas, nə də həlledici amil deyil. Çünki bu ölkələr qeyri-rəsmi artıq Gürcüstanda, Ukraynada mövcuddur. Ukrayna və Gürcüstanın da yaxın dövrlərdə NATO-ya üzv qəbul ediləcəyi də heç kəsə sirr deyil. Rusiya da bunun qarşısını almaq iqtidarında deyil. Ukraynanın NATO-ya qəbul edilməsi NATO-nun quru yolla Qara dənizə çıxışını təmin etmiş olur. Gürcüstanın NATO-ya qəbulu isə onun su yolu ilə NATO gəmilərinin Gürcüstana, deməli Cənubi Qafqazla birlikdə həm də Ukraynaya gəlməsini təmin edir. Qara dənizə yeganə su yolu isə NATO-nun üzvü Türkiyənin ərazisindən keçir. Məlum olduğu kimi, 1923-cü ildən Türkiyə Qara dənizə gələn yolun şəriksiz, tam hüquqlu sahibinə çevrilir və heç bir dövlətin gəmisi Türkiyənin icazəsi olmadan (Qara dəniz sahili dövlətlərinin bu günə Qara dənizdə mövcud olan gəmiləri və öz ərazilərində inşa ediləcək gəmilər istisna olmaqla) Qara dənizə girə bilməz.

Hansı dövlətə məxsus olmasına baxmayaraq Qara dənizdə olan heç bir gəmi isə Türkiyənin icazəsi olmadan onun ərazisindən çıxaraq Aralıq dənizi və ya Qırmızı dəniz vasitəsilə dünya okeanlarına çıxa bilməz. Bundan başqa, bu gün Rusiya dövlət büdcəsinin əsas gəlir maddəsi olan karbohidrogen əmtəəsini dünya bazarına çıxaran əsas xəttlərindən biri Türkiyə ərazisindən keçməklə bərabər, Türkiyə Rusiya üçün həcm etibarilə böyük iqtisadi, həm də etibarlı tərəfdaşıdır. Türkiyənin Rusiya ilə müttəfiqlik münasibətlərinin yaranması eyni zamanda Rusiya – Qərb arasında silahlı toqquşma baş verdiyi halda NATO gəmilərinin Qara dənizə girişinin bağlanması imkanı da deməkdir. Rusiya prezidenti öz müsahibəsində Türkiyə kimi güclü və etibarlı dövləti Rusiyanın yanında görmək istəyini deyəndə məhz güclü və etibarlı Türk dövləti ilə Rusiyanın yaxın müttəfiqlik münasibətlərinin yaranması arzusunu nəzərdə tutur və dilə gətirirdi.

Məhz bu və digər köklü səbəblərdən Rusiyanın, ermənilərin onların qabağına atdığı tula payı ilə yallaparaq Türkiyə və ümumiyyətlə türklərə qarşı hay-küylü təbliğat aparan jurnalistlərinin, ictimai və siyasi xadimlərinin arzularına rəğmən, Turan dövlətinin yaranıb, Rusiya ilə müttəfiqlik münasibətlərinin formalaşdırılması həm türk, həm də rus milləti üçün fövqəladə əhəmiyyət kəsb edir. Bu gün fransızlar çox əcaib bir inadla rusları, erməniləri, yunanları türklərlə toqquşmaya təhrik etməkdədir. Görünür, fransızların 1812-ci ildə ruslardan aldıqları məğlubiyyətə görə hələ də onlara qarşı olan nifrəti soyumayıb. Ürəklərini özünün iki düşməninin bir-birini öldürməsi yarımcan etməsi ilə soyutmaq istəyirlər. Öz düşmənini üz-üzə, təkbətək vuruşub məğlub etməyə hər bir şəxsdə, millətdə kişilik anlayışını formalaşdıran mənəvi keyfiyyətlər məcmusu olmalıdır. Fransızlarda, farslarda, yunanlarda, ermənilərdə Azərbaycan Prezidentinin “kişiliyiniz varsa” deyə Paşinyana müraciətində bunun onlarda olub olmadığını soruşanda məhz bu xüsusiyyətləri nəzərdə tuturdu. Görünür, bu xüsusiyyət onlarda anadangəlmə yoxdur. Təəssüf ki, bu xüsusiyyəti tibbi və ya başqa müdaxilə vasitəsilə, insanda, millətdə yaratmaq mümkün deyil.

(Ardı var)

Şapur QASİMİ