Razi Nurullayevdən Mehmana cavab: Zarafatcıl uşaqdır – FOTOLAR

189
Ötən gün Milli Məclisin deputatı Razi Nurullayev şəxsi “facebook” səhifəsində bir ağsaqqalla şəkil paylaşaraq onun haqda təəssüratlarını paylaşıb.
Deputat yaşlı kişi haqda yazıb: “Bu kişi “parkovşik”dir. Maşından düşdüm, dedi ki, müəllim ailəvi sizi dinləyirik, hər zaman dövləti qoruyursunuz, xalqa dəstək olursunuz, Prezidentin xalq üçün dediyi məsələləri, vətəndaşlara yönəlik addımlarını müdafiə edirsiniz”.
Bu gün isə bloqer Mehman Hüseynov status paylaşaraq bu gün həmin ağsaqqalı gördüyünü və ağsaqqalın belə bir şey demədiyini yazıb:
“Ay başına dönüm, toba mən bu adamı tanımıram, bu adamdan şəkil filan istəməmişəm. Dünən elə bunun maşınını park etməyə kömək etmişəm. Maşından düşüb mənə dedi ki ağsaqqal nə gözəl çubuğun var,  lap yol polisin çubuğuna oxşayır. Gəl bir sənlə şəkil çəkdirək. Ağsaqqal da deyir day yox demədim, şəkil çəkdirdik, bu kostyumlu kişi cibindən 40 qəpik çıxardıb verdi mənə və getdi. Başqa söhbət olmayıb”.

Hurriyyet.org bildirir ki, məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən deputat Razi Nurullayev məsələyə aydınlıq gətirib.
O deyib ki, Mehman zarafatcıl insandır: “Mehman zarafatcıl oğlandır, qoy nə istəyir yazsın, yəqin zarafat etmək istəyib. Nə yazır, yazsın”.