Ramiz Mehdiyev MM-də sərt tənqid edildi

90

Deputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini sərt tənqid edib.

Axar.az xəbər verir ki, Etibar Əliyev Milli Məclisdə çıxışı zamanı Ramiz Mehdiyevin AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirdiyini deyib.

“Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da bu işləri Rasim Ağasiyev adlı keçmiş polis işçisinə həvalə edib”, – deyə deputat bildirib.