Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi – ÖZƏL

1059

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna direktor təyinatı olub.

Bu vəzifəyə professor Kərim Şükürov təyin olunub.

1956-cı il təvəllüdlü K.Şükürov eyni zamanda institutun Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin müdiridir. Məlumata görə, K.Şükürov direktor vəzifəsi ilə yanaşı, şöbə müdiri kimi də fəaliyyətini davam etdirəcək.

Xatırladaq: Bundan əvvəl Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov olub. Y.Mahmudov bir neçə gün öncə institutun direktoru vəzifəsindən azad edilərək AMEA prezidentinin müşaviri təyin edilib.

Qeyd: Bu vəzifəyə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun təyin ediləcəyi iddia olunurdu. \\Pravda.az