Rəfael Hüseynovun 6 ildir yazmağa çalışdığı ön söz…

189

O, aktyor Yasin Qarayevin 70 illik yubleyi haqqında “Sənətin sonu olmur” kitabının əlyazmasını da qaytarmır

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, folklorşünas, bəstəkar Elnur Baxış tərəfindən redaksiyamıza müraciət daxil olub. Onun müraciətini olduğu kimi dərc edirik:

“6-il bundan öncə dostum, xalq artisti, aktyor Yasin Qarayevin 70 illik yubleyi haqqında “Sənətin sonu olmur” adlı bir kitab  hazırladım. Yasin Qarayev dedi ki, deputat Rəfael Hüseynov mənim haqqımda kitab yazıldığını eşidib, ön sözünü yazmaq istəyir.

Kitabın əlyazmasını aparıb Yasin Qarayevlə birlikdə Nizami Muzeyində Rəfael Hüseynova verdik. Bir müddət sonra dəfələrlə R.Hüseynovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. “Wastapp” nömrəsinə yazsaq da, mesajları oxuyub, cavab vermirdi. Sonra nömrəmi bloka atdı.

Bir neçə dəfə Nizami Muzeyinə getsək də, həmişə bildiriblər ki, Rəfael müəllim çəkilişdədir, sonra gələrsiniz. 6 il keçsə də, kitaba hələ də ön söz yazmayıb.

Rəfael Hüseynovdan xahiş edirəm ki, Yasin Qarayev haqqında yazdığım “Sənətin sonu olmur” adlı kitabımın əlyazmasını mənə qaytarsın”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Rəfael Hüseynovun mövqeyini dərc etməyə hazırıq.