Qubad İbadoğludan uşaq pulu ilə bağlı maraqlı təkliflər: Nə və Necə etməli?

183

“Uşaq pulu hüquqi məsələdir”. Bunu tanınmış iqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu uşaqpulu məsələsi ilə bağlı yazdığı yazısında qeyd edib.

O bidlrib ki, Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Nəhayət, 38-ci maddənin I hissəsində göstərilir ki, hər kəsin sosial təminat hüququ vardır. Bu o deməkdir ki, Azərbaycan dövlətinin vətəndaşlar, o sırdadan da uşaqlar qarşısında social öhdəlikləri vardır”.

Hərəkat sədri qeyd edir ki, bundan əlavə, Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. “Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Bu Konvesisiya ilə Azərbaycan hakimiyyəti uşaqların haqqlarının qorunması öhdəliyinə malikdir. Hazırda kasıb ailələrdə böyüyən uşaqların haqları pozulur”.

Qubad İbadoğlu uşaq pulunun verilməsinin ideoloji məsələ olduğunu da deyir. Onun sözlərinə görə, uşaq pulu konseptual olaraq əsasən sosial rifah dövlətlərində tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyanın 15-ci maddəsinin II hisssəsində göstərilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bu o deməkdir ki, Azərbaycanda sosial rifah dövləti formalaşdırılır. Odur ki, Azərbaycan hakimiyyəti ideoloji baxımdan da uşaq pulu ödəmək öhdəliyinə malikdir”.

Hərəkat sədri hesab edir ki, Azərbaycanda demoqrafiya problemi var. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. “2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 2 nəfər azalıb”.

O bildirir ki, Azərbaycanda sosial müdafiə proqramları çərçivəsində uşaqların 85 faizinə yardım edilmir. “DSK-nın məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə, sosial müavinət alan uşaqların sayı 401249 nəfər olub. Bir nəfərə düşən orta aylıq məbləği 118,4 manat təşkil edib ki, bu da 18 yaşa qədər uşaqların 15,2 faizi deməkdir. Deməli 85 faizə qədər uşaqlar sosial müdafiə proqramlarından kənarda qalır”.

ADRH-nin rəhbəri deyir ki, uşaqların hər birinə uşaq pulu verilməlidir. “Azərbaycan Respublikasının qəbul etdiyi  BMT-nin Uşaq Hüquqları 2-ci maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Odur ki, uşaqlar arasında diskrinimasiya yol verilməzdir”.

JAMAZ.İNFO qeyd edir ki, Qubad İbadoğlu özünün geniş açıqlamasında vurğulayıb ki, büdcənin problemi maliyyə təminatında deyil, onun səmərəli və şəffaf xərclənməsindədir. “18 yaşına qədər hər bir uşağa yardım edilməlidir. Bu zaman 2,6 milyon nəfərdən 400 min uşaq pulu alan kateqoriyanı çıxmaqla sayı azaltmaq mümkündür. 400 min uşağa ödəmələr hazırkı büdcədə nəzərdə tutulub”.

Tanınmış iqtisadçı təklif edir ki, uşaq pulunun məbləği ailələrin gəlirləri əsasında hesablanmalıdır. “

Uşaq pulunun məbləği ailənin gəlirləri ilə yaşayış hər bir üzvün yaşayışının minimum dəyəri arasında fərq qədər müəyyənləşdirlə bilər”.

O həmçinin Uşaq Fondunun yaradılmasını da təklif edir. “Uşaq pulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Dövlət Neft Fondundan və şirkətlərdən ayırmalar hesabın Fondun vəsaiti yetərincə təmin oluna bilər”.

İbadoğlu qeyd edir ki, uşaq pulunun ödənilməsi büdcə gəlirlərinin çoxalmasına stimul verəcək. “Uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət  uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini büdcəyə qaytaracaq”.

Hhərəkat sədri həmçinin bildirir ki, uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər. “Uşaq pulunun ödənilməsi dövlət və ailə münasibətlərinin möhkəmlədə, hakimiyyətə ailələrin etimadını artıra bilər. Azərbaycanda uşaqlar doyunca yeməli,  sağlam və savadlı böyüməlidir, bunun üçün də uşaq pulu mütləq verilməlidir!” \\JAMAZ.İNFO