Qriqoryan Putinə yarındı, amma əleyhinə getdi

54

Qarabağda döyüş fəaliyyətlərinin dayandırılması və atəşkəsin bərpası Rusiya tərəfinin səylərinin sayəsində mümkün olub.

Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, bu prosesə Rusiya Prezidenti Vladimir Putinin böyük şəxsi töhfəsinin olduğunu bildirib:

“Hesab edirik ki, hazırkı mərhələdə Qarabağda Rusiya sülhməramlılarının mövcudluğu uzunmüddətli əsaslarla təmin edilməlidir. Bu, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi və sülhün təminatının zəmanətçisidir”.

Qriqoryan Qarabağın Azərbaycanın tərkibində olmasının “qəbuledilməz” olduğunu da söyləyib. Halbuki Qriqoryanın söykəndiyi Rusiya liderinin özü Dağlıq Qarabağın tarixən, hətta sovet dövründə belə Azərbaycan ərazisi olduğunu iki dəfə xüsusi olaraq vurğulayıb.