Qiyamçılar Səudiyyə Ərəbistanında neft terminalını raket atəşinə tutub

87

Yəməndəki husi qiyamçıları Səudiyyə Ərəbistanının Cizan şəhərindəki neft terminalına raketlə hücum ediblər.

“Report” xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının SPA agentliyi yayıb.

Bildirilib ki, hücum nəticəsində neft bazasındakı çənlərdən birində yanğın baş verib. Ölən, xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Rəsmi Ər-Riyad və Vaşinqton huslilərin hücumunu pisləyib.

Qeyd edək ki, husi qiyamçıları İran tərəfindən dəstəklənir.