Qırğızıstanda matəm elan olundu

111

Hurriyyet.org xəbər verir ki, Tacikistanla sərhəddə baş vermiş toqquşmadan sonra 1 və 2 may tarixləri Qırğızıstanda milli matəm günü elan olunub.

Qərarı Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov imzalayıb.

28 aprel tarixində Tacikistan ilə Qırğızıstan sərhədindəki su anbarının ətrafında baş vermiş qanlı toqquşma nəticəsində 31 nəfər Qırğızıstan vətəndaşı həlak olub, onlarla bina, o cümlədən məktəblər, sərhəd zastavası və yanğınsöndürmə məntəqəsi yandırılıb. 10 min nəfər dinc sakin münaqişə zonasından köçürülüb.