Qırğızıstanda 31 nəfər həlak olub. Yaralananların əksəriyyəti mülki vətəndaşlardır

90

Hurriyyet.org xəbər verir ki, Qırğızıstan Tacikistanla sərhəddə baş vermiş münaqişə nəticəsində indiyə qədər 31 nəfər Qırğızıstan vətəndaşının həlak olduğunu, 154 nəfərin yaralandığını, yaralananlardan 121 nəfərinin mülki vətəndaş olduğunu bildirib.

Düşənbə isə bu səhər 8 nəfərin həlak olduğu, 110 nəfərin yaralandığını bildirmişdi. Sonra yeni açıqlama verilməyib.

İki ölkənin sərhədindən dünən baş vermiş silahlı toqquşma 6 saatdan çox davam edib, bir neçə bina dağıdılıb.

Axşam Bişkeklə Düşənbə arasında atəşkəs razılaşması olub. Bu gün ara-sıra atışma olsa da, sonra atışma kəsilib.