Qeyts pandemiyanın nə vaxt bitəcəyini söylədi

132

Hurriyyet.org xəbər verir ki, “Maykrosoft” şirkətinin qurucusu Bill Qeyts koronavirus pandemiyasının nə zaman başa çatacağını açıqlayıb. İngiltərənin “Skay Nyus” kanalına müsahibə verən Qeyts Kovid-19 peyvəndlərinin sürətlə yayıldığını vurğulayaraq, 2022-ci ilin sonunda həyatın normal axarına düşəcəyini gözlədiyini bildirib. O, hazırda peyvəndlərin əsasən inkişaf etmiş ölkələrin monopoliyasında olduğunu, qarşıdakı aylar ərzində həmin ölkələrdəki peyvəndlənmə prosesinin gözlənilən səviyyəyə çatacağını bildirib. Qeytsin fikrincə, bu mərhələdən sonra inkişaf etmiş ölkələr peyvəndləri dünyanın digər ölkələri ilə paylaşacaqlar və bu da pandemiya mənzərəsinə çox mühüm təsir göstərəcək.