Qaziyə 2 aydan sonra ayrılan vəkil 40 gündür şikayəti yazmır

219

Vəkil Gülbala Zamanov pulsuz müştərisindən  iş üzrə sənədləri almağını tələb edir

Qarabağ qazisi Xaliq Abbaszadəyə qarşı Ədliyyə Nazirliyinin  Suraxanı rayonu icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyevin reketliyi 5-ci ildir sürür. Bu başabəla icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və təbii ki, məhkəmənin verdiyi icra sənədi olmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisinin həm pensiyasını ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məktub verərək yarıqat etdirib, həm də daşınar-daşınmaz əmlakına, 10 il qabaq satdığı yük maşınına həbs qoydurub, həm də reabilitasiya vasitəsi olan “əlil avtomobili”nə.  Azğınlığı, özbaşınalığı təsəvvür edə bilirsiniz? Amma hələ də nə Ədliyyə Nazirliyinin, nə Məhkəmə Hüquq Şurasının,  nə məhkəmə instansiyalarının, nə Ombudsmanın , nə ƏƏSMN -in ,nə hüquq-mühafizə orqanlarının sıradan yetkililərindən tutmuş rəhbərliyinə kimi bu yekəlikdə dələduzluğu, azğınlığı, özbaşınalığı, korrupsiyanı nəinki görməyə,  təsəvvür etməyə belə vəzifə borcları imkan verir. DÜŞMƏN GÜLLƏSİNİN AĞ CİYƏRİNİN ÜÇDƏN İKİSİNİ, YERLİ MƏMURLARIN PENSİYASININ YARISINI, ƏMLAKININ HAMISINI APARDIĞI, XARİCDƏ MÜALİCƏYƏ EHTİYACI OLAN QARABAĞ QAZİSİNƏ QARŞI İCRA, MƏHKƏMƏ, SOSİAL-İQTİSADİ, VƏKİL DƏLƏDUZLUĞU 7 İLDİR SÜRÜR! (?)

Qarabağ qazisinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Suraxanı icra və probasiya şöbəsinə və icra məmuru Vüsal Əliyevə qarşı iddiasını hakim Zaur Tağıyev iclasa bildirişi vaxtından bir həftə gec verməklə tərəflərin iştirakını təmin etmədən  mümkün saymayıb ki, ümumi məhkəmədə baxılmalıdır. Hər iki yuxarı instansiya da icra məmurunun təzyiqi ilə bu absurd qərardadı qüvvədə saxlayıb. ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı qazinin iddiasını hakim Miminat Hacıbəyova mümkün saymayıb ki, qazi pensiyasının yarıqat edilməsi ilə ona ziyan dəyməsini sübut edə bilməyib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası da bu absurdluğu qüvvədə saxlayıb. Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası aşağı instansiyanın qərardadını ləğv edib və işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına, apellyasiya instansiyası da öz növbəsində Bakı İnzibati Məhkəməsinə göndərib. Burada iş yenidən qərardadı ləğv edilən Miminat Hacıbəyovaya verilib və bu hakim bir illik süründürməçilikdən sonra iclas təyin edib. İddiaçı qazinin hakimə etirazı qəbul olunsa da, bu,  ona baha başa gəlib. Yeni hakim Nəriman Abıyev yuxarı instansiyaların ləğv etdiyi qərardadı yenidən qəbul edərək iddianı mümkün saymayıb ki, pensiyasını kəsən cavabdeh DSMF-ə müraciət etməyib ! (?) Qərəzi görürsünüz, Qarabağ qazisinin pensiyasını onu verməyə təhkim edilən ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi başqasına ödəyir və bərpa etmir, əksinə, dələduzlarla birləşib Vətəni müdafiə edərkən əlil olmuş qazinin dərman pulunu yeyir, məhkəmə isə onun  sözü ilə pensiyaçının cavabdehə müraciət etmədiyi “əsası” ilə iddianı mümkün saymır! (?) Belə VİCDANLA QAZİ PENSİYASINA QOVUŞA BİLƏR?

Qazinin Bakı İnzibati Məhkəməsinin qərardadından şikayətinə ƏƏSMN -in təzyiqi ilə “baxan” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası  (sədrlik edən və məruzəçi hakim Mirzə Tağızadə, hakimlər Vüsalə Baxışova və Xumar Mərdanova ) 20.10.2020 tarixli qərardadla aşağı instansiyanın absurd qərardadını qüvvədə saxlayıb. Qarabağ qazisinin 2 aylıq şikayətlərindən sonra, axırı ki, Bakı Apellyasiya Məhkəməsi 04.12.2020 tarixli qərardadla Qarabağ qazisini kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edib və qərardadın icrasını Vəkillər Kollegiyasına tapşırıb. Lakin artıq 40 gündür VK qərarın icrasını təmin etməkdən imtina edir. 40 gündən sonra VK-dan  Qarabağ qazisinə 9 saylı vəkil bürosundan Gülbala Zamanovun ona  vəkil edildiyi bildirilib.  Ayrılan vəkil isə işə çıxıb, şikayəti yazmaq yerinə,  Qarabağ qazisindən Bakı Apellyasiya Məhkəməsindən iş üzrə sənədləri götürməyi tələb edir! (?) Bu da “peşəkar” vəkil xidməti!  Bilmək olmur, vəkil niyə məhkəmə qərarını icra edib , işə çıxıb şikayəti yazmır? Axı, bu onun işidir! Vəkil G.Zamanov,  deyəsən, işə çıxmağa zamanının olmadığını bildirib. (?)

Hələ ki, Vəkillər Kollegiyası məhkəmənin , gec də olsa, üzərinə qoyduğu tapşırığı 40 gündür icra etmir. Qərardaddan  kassasiya şikayəti vermək üçün müddət isə cəmi 10 gündür. Yəqin ki, Ali Məhkəmə ilə Vəkillər Kollegiyasının  məhkəmə təminatı hüququna  “gec yazıldığına görə kassasiya şikayətinin icraata götürülməsindən imtina” ənənəvi ortaq   qadağası qəbul olunacaq . Özbaşınalığa baxın, məhkəmə vəkili gec ayırır, vəkil şikayəti yazmır və … qazi (lər) məhkəmə təminatı (və sosial təminat  ) hüququndan məhrum edilir! (?)

Məğrur Bədəlsoy

P.S. “ICRA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN 68.1.2 MADDƏSİNƏ GÖRƏ, TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİN İCRASI ZAMANI ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ! Qanunu pozub Qarabağ qazisinin pensiyasını yeyənlər cəzalanmalıdır, yoxsa?