Qardaş ölkələrin hərbi birliyi: Pakistanda “Atatürk–2021” təlimləri başlandı

183

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Pakistanda “Atatürk təlimləri-2021”-in başlandığını bəyan edib. Təlimlər Pakistanın Hayber Pahtunhva vilayətindəki Tarbela rayonunda keçirilən mərasimlə başlayıb.

“Anadolu Agentliyinin Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Təşkilatının açıqlamasına istinadən verdiyi xəbərdə, iki ölkənin silahlı qüvvələrinin birgə təlimlərinin 3 həftə davam edəcəyi bildirilir.

Açıqlamada təlimin iki qardaş ölkə arasındakı bağları daha da gücləndirəcəyi vurğulanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin 4 yanvar tarixli açıqlamasında Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin birgə təlimlərinin 4-20 fevral tarixlərində Pakistanda keçiriləcəyi bildirilirdi.

Türkiyə ilə Pakistan xüsusi təyinatlılarının birgə hərbi təlimləri 1998-ci ildən etibarən keçirilir. Təlimlər Türkiyədə “Cinnah”, Pakistanda “Atatürk” adı altında keçirilir.