Qarabağda itkin düşən erməni hərbçilərinsayı AÇIQLANDI

159

Vətən müharibəsinin bitməsindən 100 gündən çox vaxt keçsə də, Ermənistan tərəfi ölü, yaralı və itkin düşən hərbçilərin rəsmi sayını hələ də açıqlamayıb.

Modern.az xəbər verir ki, erməni rəsmilərin sirr kimi saxladığı rəqəmlərin bir hissəsi təsadüf nəticəsində ictimaiyyətə məlum olub. Belə ki, Hərbi Qulluqçuların Sığortalanması Fondunun direktoru Varujan Avetikyan özü də bilmədən itkin düşən hərbçilərin sayını açıqlayıb.

Fond rəhbəri “Körpü” proqramı çərçivəsində yaxınları itkin düşən 803 ailəyə yardım etdiklərini bildirib.

“İtkin düşən şəxs anlayışı hüquqi məna daşıyır və ancaq məhkəmənin qərarı ilə verilə bilər. Amma məhkəməyə müraciət və məsələnin baxılması müəyyən vaxt apardığından itkin düşmüş 803 hərbçinin ailəsinə maddi yardım göstəriləcək”.

Xatırladaq ki, Ermənistan tərəfi azı 4005 hərbçisinin ölüm faktını təsdiqləyib.