Qarabağda daha bir erməni əsgər meyiti tapıldı

39

Qarabağda döyüşlərin getdiyi ərazilərdə axtarış aparan ermənilər daha bir erməni əsgər meyiti tapıblar.

Axar.az xəbər verir ki, meyitin qalıqları keçmiş əsgəran rayonu ərazisində aşkarlanıb.

Bununla da 14 noyabr 2020-ci ildən bəri döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1527-yə çatıb.

Qeyd edək ki, axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.