Qarabağda daha 2 erməni hərbçisinin qalıqları tapıldı

252

Qarabağda son döyüşlər zamanı məhv edilmiş daha iki erməni hərbçisinin cəsədinin qalıqları aşkar edilib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, cəsədlərin qalıqları Füzuli bölgəsində tapılıb. Onların şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Qeyd edilir ki, noyabrın 13-dən bu günə qədər son döyüş əməliyyatları ərazisində 1 367 erməni əsgərinin meyiti və qalıqları tapılıb.