Qarabağ qazisindən ölkə başçısına müraciət

135

“Qarabağ Müharibəsində iki il səkkiz ay vuruşsam da, amma veteran statusu ala bilməyən”

“Köməyi dövlətimdən istəyirəm ki, oğlumun evi yoxdur, 6 nəfər ailə üzvü mənim cüzi pensiyamla dolanırıq. Kimsədən yox, Allahdan və Prezidentimizdən kömək əli gözləyirik”

 İmişli şəhəri, Camaləddin Nəsirov küçəsi, 2 saylı evdə yaşayan Birinci Qarabağ Müharibəsində iki il səkkiz ay vuruşan, amma veteran statusu ala bilməyən Nuriyev Zahid İsaq oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu dərc edirik:

“Cənab Prezident!

Öncə onu qeyd edim ki, mən 44 günlük Qarabağ Savaşında sona qədər vuruşmuş, ermənilərin “Azərbaycan canavarı” kimi tanıdığı İsaqlı Raulun atasıyam.

NATO rəhbərlərinin  44 günlük müharibədə müzəffər əsgərlərimizin döyüş videolarını dönə-dönə izləməsi Azərbaycan əsgərinin, zabitinin qorxmaz, cəsur olduğunun sübutudur…

Diqqətinizə çatdırım ki, mən Xocalı soyqrımından sonra könüllü olaraq Birinci Qarabağ Müharibəsinə getdim. Ağdamın Uzundərəsində tank komandiri kimi Şelli, Aranzəmin, Pircamal, Cinli, Abdal Gülablı uğrunda olan döyüşlərdə vuruşdum. Oradan Ağdərənin Dronbon, Sırxavənd, Çıldıran, Vəng ərazilərində vuruşduq. Tanrı Sürət Hüseynov və Əlikram Hümbətovu bağışlamasın, bizi ordudan təxris etdilər. Tanklarımızı isə ruslar vurmuşdu.

Ulu öndər Heydər Əliyevin çağırışı ilə orduya qayıtdım. Bizi Pirəkəşkülə aparıb, 3 ay təlim keçdilər. O vaxt ulu öndər iki tank batalyonu yaratdı. Bizi 30.10.1993-cü il Tərtərin Təzəkənd vağzalına göndərdilər. Orada həddindən artıq güclü döyüşlər getdi. 17 yanvar 1994-cü ildə çoxsaylı qəlpə yaraları ilə qospitala apardılar. Müdafiə Nazirliyinin hərbi qospitalının haqqımda qərarı var: “Hərbi travma alıb”.

Mən Ukraniyada tank məktəbini bitirib, Çexoslovakiyaya göndərilmiş, tank komandiri olmuşam. Heç vaxt uşaq, qadın, qocaya, mülki əhaliyə atəş açmamışam, əmr olsa da, atəşi qeyri-müəyyən yerə açmışam. Satqına, sifariş yerinə yetirənə qarşı nifrətim var.

Cənab Prezident!

Məktubumun araşdırılmasını və bizə kömək edilməsini Sizdən xahiş edirəm. Oliqarxların bizə “qızıl teştləri” lazım deyil, onlar bir verdiklərindən iki qazanmasa bunu etməzlər. Köməyi dövlətimdən istəyirəm ki, oğlumun evi yoxdur, 6 nəfər ailə üzvü mənim cüzi pensiyamla dolanırıq. Kimsədən yox, Allahdan və Prezidentimizdən kömək əli gözləyirik.

Erməniləri cəzalandırdıq, Sizin komandanlığınızla onları ömürlük susdurduq. Sübut etdik ki, onların “erməni soyqırımı” türklərə atdıqları əsl böhtandır, yer üzərində erməniyə bərabər riyakar, qəddar, rus tulası, türklərə qarşı nifrətləri körpəlikdən başlayan ikinci bir millət yoxdur.

Siz onları informasiya müharibəsində də, “dəmir yumruqla” ifşa etdiniz ki, ermənilər qəbilə sürüsüdür, insani keyfiyyətlərini itirmiş kəslərdir. Erməni xalqına isə kömək, yardım etmək haqda çıxışlarınızı Türk Fatehi kimi alqışlayırıq”.

Hazırladı: KƏNAN