Qafarova köməkçisini vəzifəsindən azad etdi

213

Milli Məclisdə yeni kadr təyinatları olub.

Report xəbər verir ki, Sahibə Qafarovanın müvafiq əmri Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.

Bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.

S.Qafarovanın daha bir əmri ilə isə Mehdi Dünyamalı oğlu Qurbanov Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.

Xatırladaq ki, F.Haciyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.