Qətl İstanbuldakı İran konsulluğunda planlaşdırılıb? – Sensasiyalı həbs

330

2019-cu ildə iranlı dissidentin qətlinə təhrikdə şübhəli bilinən İran rəsmisi Türkiyədə həbs edilib. Bu xəbəri adı çəkilməyən mənbəyə istinadən “Reuters” agentliyi yayıb.

 

Agentlik bildirib ki, o həmməd Rza Nasirzadənin bu həftənin əvvəllərində saxlanmasına dair Türkiyənin “Sabah” qəzetində dərc olunmuş xəbəri təsdiq edə bilib. O İranın siyasi və hərbi rəhbərliyinin tənqidçisi kimi tanınan sud Mövləvi Vardancaniyə qarşı sui-qəsdin planlaşdırılmasında şübhəli bilinir.

“Sabah” qəzeti yazmışdı ki, Nasirzadə İranın İstanbuldakı konsulluğunun vətəndaş qeydiyyatı şöbəsinin əməkdaşı olub. “Reuters” bu informasiyanı müstəqil şəkildə təsdiqləyə bilmədiniyini yazıb. Agentlik qeyd edir ki, bu insident regional güclər olan Türkiyə və İranın münasibətlərində gərginlik yarada bilər.

İranın Xarici İşlər Nazirliyi “Sabah” qəzetinin xəbərini əsassız adlandırıb. İran kəşfiyyatının keçmiş əməliyyatçısı olmuş Vardancani İran rəsmiləri ilə bağlı bir sıra korrupsiya iddiaları səsləndirmişdi. O İranı tərk etdikdən bir il sonra, 2019-cu ilin 14 noyabrında İstanbulda güllə ilə vurularaq öldürülüb. İran rəsmiləri Vardancani barədə cinayət təhqiqatına başlamışdılar.

Türkiyə polisi 2020-ci ilin martında Vardancaninin qeyri-adi tərcümeyi-hala malik olduğunu bildirmişdi. Məlumatda deyilirdi ki, o İran rejiminin açıq tənqidçisi olmazdan az əvvəl İran Müdafiə Nazirliyinin kibertəhlükəsizlik xidmətində çalışıb. Türkiyənin iki vəzifəli rəsmisi 2020-ci ildə “Reuters”-ə demişdilər ki, Vardancaninin qətli İranın İstanbuldakı konsulluğunda planlaşdırılıb. O vaxt Türkiyə rəsmiləri hətta iki şübhəlinin adlarının baş hərflərini də bildirmişdilər. Bunlardan biri Nasirzadənin ad və soyadına uyğun gəlirdi.

ABŞ administrasiyasının bir rəsmisi 2020-ci ilin aprelindıə demişdi ki, Vaşinqtonun əlində Vardancaninin qətlində İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin iştirak etməsini deməyəəsas verən məlumat var. İran XİN-in sözçüsü Səid Xatibzadə Vardancaninin qətlində konsulluğun iştirakına dair iddiaları rədd edib.

Nazirliyin saytında dərc olunmuş məlumatda deyilir ki, İran bu məsələyə aydınlıq gətirilməsi üçün Türkiyə tərəfi ilə danışıqlar aparır. Ötən həftə Belçika məhkəməsi mühacirətdə olan müxalifət qrupuna qarşı qəsd planlaşdırmaqda ittiham olunan bir İran diplomatını 20 il müddətinə azadlıqdan məhrum edib. Bu diplomat 1979-cu il İslam İnqilabından bəri Avropada terrorçuluq ittihamı ilə məhkum edilən ilk İran rəsmisidir.

“AzPolitika.info”