Qətər Türkiyədən “Bayraktar” alacaq – milyonlarla dollar həcmində əməkdaşlıq

111

Hurriyyet.org xəbər verir ki, Türkiyə ilə Qətər arasında əməkdaşlıq dərinləşməkdədir. İki ölkə arasında müdafiə və aviasiya sahəsində ticarət müqavilələri imzalanıb. Qətərin Türkiyədən aldığı məhsullar siyahısında  “Bayraktar TB2” Silahlı Pilotsuz Uçüş Aparatı, təlim gəmiləri var.

Qətərin Baş Qərargah rəisi Qanim ibn Şahin əl Qanim Dohada Müdafiə Sənayesinin rəhbəri İsmail Demir ilə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Dohada səfərdə olan Demir Qanim ilə görüşü zamanı Qətər Silahlı Qüvvələri ilə Türkiyənin Müdafiə Sənayesi arasında əməkdaşlığın güclənməsi imkanlarından danışıblar.

2019-2020-ci illərdə Türkiyə Qətərə 220 milyon dollardan çox dəyərdə müdafiə və aviasiya məhsulları ixrac edib. 2021-ci ilin ilk üç ayı ərzində həyata keçirilən ixracatın məbləğin isə 18,1 milyon dollara bərabərdir.