Qərbin yeni sanksiyaları… – Kreml ümid edir

138

Kreml hesab edir ki, Qərb situasiya ilə bağlı sağlam düşüncəyə sahibdir və bundan sonra sanksiya təzyiqləri yoluyla getməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Qərbin sanksiyalarının artıq effektiv olmadığını deyib.

Qeyd edək ki, bundan öncə “Blumberq” agentliyi ABŞ və AB-nin Rusiyaya yeni sanksiyalar hazırladığını bildirmişdi.