Qərb Zelenski ilə danışmalıdır, Putinlə deyil – Slutski

105

Qərb liderləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışmalıdırlar, Vladimir Putinlə deyil.

Bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Almaniya kansleri Angela Merkelin Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.

“Almaniya kanslerinin tələbi bir az başqa ünvana edilmiş kimi səslənir”, – Slutski bildirib.

Qeyd edək ki, bu gün Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiyanın hərbi varlığını Ukrayna sərhədindən çəkməyi tələb etmişdi. \\Axar