Putin təsdiqlədi: Yenidən prezidentliyə namizəd olacaq

132

Rusiya Prezidenti Vladimir Putin ona yenidən prezidentliyə namizəd olma hüququ verən qanunu imzalayıb.

Yeni qanuna əsasən, Putin daha iki müddət prezidentliyə namizəd ola biləcək. Bununla yanaşı, ən azı 35 yaşı olan və ən azı 25 il ölkədə daimi yaşayan şəxs seçkilərdə namizəd ola bilər. Daha öncə başqa ölkənin vətəndaşı olan şəxslərin isə seçkilərdə iştirakı mümkün olmayacaq. \\Axar