Putin “MDB-də Rusiyanın təsiri artıb” dedi – Kremlin şərhi

570

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın MDB təsirinin artması haqqında danışarkən bu ölkələrin xalqlarının maraqlarına uyğun olaraq inteqrasiya proseslərinin inkişafını nəzərdə tutub.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin Avrasiya İttifqının da sürətlənmiş inteqrasiyada öz dəyərini sübuta yetirdiyini bildirib:

“Əlbəttə ki, söhbət bu ölkələrin məhz qarşılıqlı maraqlarından gedir. Ona görə bu cür inteqrasiya prosesləri bu ölkələrin xalqlarının maraqlarına uyğundur”.

Qeyd edək ki, bundan öncə Rusiya KİV nümayəndələri ilə görüşən Vladimir Putin Rusiyanın MDB-də təsirinin artdığını açıqlamışdı.