Putin ilə Bayden arasında telefon danışığı olub

429

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin ilə ABŞ Prezidenti Co Baydenin telefonla danışdığı xəbərini verib.

Onun sözlərinə görə, danışığın təşəbbüskarı Rusiya tərəfi olub. Kremlin nümayəndəsi deyib: “Biz ABŞ Prezidentini işə başlamasını təbrik eləmək və ən vacib məsələləri müzakirə eləmək üçün danışıq aparılmasını təşkil elədik”.

Peskov onu da qeyd edib ki, “Strateji hücum silahlarının ixtisara salınması və məhdudlaşdırılması üçün tədbirlər barəsində müqavilə”nin müddətinin uzadılması məsələsini də müzakirə ediblər.