Hurriyyet.org xəbər verir ki, RF Dövlət Dumasının deputatları bugün keçirilən plenar iclasda yeni qanun qəbul ediblər. Həmin qanun seçkilər və referendumlar barəsində qanunvericiliyə düzəliş edir və Rusiyanın indiki dövlət başçısı Vladimir Putinə yenidən iki prezidentlik müddətinə seçilmək üçün namizədliyini irəli sürmək imkanı verir.