“Putin görüşü təsdiqlədi, qalanı təfərrüatdır”

84

Zelenski:Andrey Yermaka göstəriş vermişəm ki, o, Putinin Prezident Administrasiyası ilə əlaqə saxlasın, zaman və yer tapsınlar”

Vladimir Putinlə görüş olacaq. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Rusiya prezidenti görüş istəyini təsdiqləyib, amma mənə Moskvada görüş təklif edib. Mən artıq prezident ofisinin rəhbəri Andrey Yermaka göstəriş vermişəm ki, o, Putinin Prezident Administrasiyası ilə əlaqə saxlasın və onlar bizim görüşməyimizlə bağlı qarşılıqlı anlayışa gəlib, zaman və yer və ya şəhər tapsınlar”, – deyə o bildirib.

Zelenski Putinin görüş istəyindən sonra görüş yeri ilə bağlı məsələlərin “təfərrüat” olduğunu da vurğulayıb.

Qeyd edək ki, Zelenski bundan öncə Putinlə Donbasda görüş təklif etmişdi, Putin isə ona əvvəlcə qondarma rejimin liderləri ilə görüşməyi, daha sonra isə onu Moskvada qəbul edə biləcəyini demişdi. Ardınca Putin Moskvanın qırmızı xətti artıq özünün müəyyənləşdirəcəyini və Qərbin buna əməl etməyəcəyi təqdirdə peşman olacağını bildirmişdi.

Putinin bu açıqlamasına Ukraynanın Donbas üzrə üçtərəfli əlaqə qrupundakı nümayəndəsi Aleksey Arestoviç sərt cavab vermiş və qondarma liderlərlə görüşün qəbuledilməz olduğunu bildirmişdi.