Putin dünyanı kimin idarə edəcəyini açıqladı

552

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin qlobal texnologiya və bilik yarışının bütün dünyada vüsət aldığını və bu işdə birinci olanların dünyanı idarə edəcəklərini bildirib.

O, elm və təhsil üzrə şuranın iclasında deyib: “Biz görürük ki, bütün dünyada texnologiya və bilik sahəsində qlobal yarış vüsət almaqdadır… və tamamilə aşkardır ki, kim irəli çıxsa, bəşəriyyətin gələcək inkişafını müəyyənləşdirəcək”.

Putin bildirib ki, elmi və texnoloji suverenlik – Rusiyanın müasir dövrü və gələcəyi məsələsidir. Rusiyanın elm sahəsində liderlər sırasında olmaq üçün hər şeyə malik olduğunu söyləyib.