Putin: “Azərbaycanla razılaşmada hər bir vergül uğrunda mübarizə gedirdi”

897

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı noyabr bəyanatının detallarından danışarkən razılaşmanın mətninin əvvəldən hazırlanmadığını, bütün qərarlarının bilavasitə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə qəbul edildiyini bildirib.

Rusiya Prezidenti “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib: “Sadəcə döyüş zonasında elə vəziyyət yarandı, düzünü desək, Ermənistan elə bir həddə yaxınlaşdı ki, qərar qəbul etmək lazım gəldi. Lakin, düzünü demək lazımdır, belə bir şəraitdə hər iki tərəf arasında hər bir ifadə, hər bir maddə, demək olar ki, hər bir vergül uğrunda mübarizə gedirdi”.