Pul sayanda…

96

Pul haqqında əsrlərdən bəridir yazırlar, cəmiyyətdə və insan həyatında yaxşı və pis rol oynadığını yozurlar: haqlısı daha çoxdur. Görünür, belə adamlar ya kalan pu­­la malikdirlər, ya da əlləri pul həsrətindədir. İş o yerə çatıb ki, dahi Karl Marks pu­­lun rolunu danmamış və tərifini verməyə çalışmışdır. Çox heyif, bir xeyli yaşa­say­­dı, ulu Mirzə Ələkbər Sabirin pul barədə bədii tərifini oxuyub fikrinə düzəliş edərdi…

Mənim uşaqlığım müharibənin sonlarına düşübdür, atam rəhmətlik dəmir yo­­lu stansiyasının (Salyan distansiyası) rəisiydi, dəmiryolçulara maaşlarını hər on beş gündən bir verirdilər. Maaş günü tanıdığım işçilərin üzündə sevinc işartılarını se­­zirdim, elə bil özlərini mənim yaşımda hiss edirdilər, mənə konfet, bulka, peçen­ye alacaqlarını vəd edirdilər. Amma… Maaşdan sonra vədəçilər gözümə dəymir­di­lər.

Nədənsə belə maaşlı günlərdə bir marağım yaranmışdı: Atamın iri formatlı ka­­ğız pulları necə saymağına tamaşa etməyim. Xüsusilə barmaqlarını yaşlamağı, as­tadan pıçıldamağı diqqətini yayındırmamağı. Beş-on işçi onun kabinetini gü­lə­rüz­­lə tərk edirdilər. Payımın vaxtı çatırdı və “Bir manatı” alıb bayıra çıxırdım.

Yaşa dola-dola aldığım məvacibləri saymır, büküb cibimə qoyurdum. Mək­tə­­bin direktoru (yalnız bir təhsil müəssisəsində işləmişəm) mənə xırda pullar ve­rir­di ki, borclarımı qaytaranda problem yaranmasın, xüsusilə, məktəbin yemək­xa­na­sı­na olan borclarım üçün (başqa rayon məktəbində çalışırdım). Bir müəllim yoldaşım var­­dı, atasız böyümüşdü, aldığı maaşı bir neçə dəfə sayırdı və gülümsünürdü, qo­xu­­layıb deyirdi ki, puldan qəribə iy gəlir, ləzzət alıram, beynim–başım açılır, də­qiq işləyir. Küçəyə rahat çıxıram, sanki metronun eskalatorudur, məni mənzil başı­na sürətlə aparıb çatdırır. – Bu sözdən gülümsünürdüm. O, nə üçün qımışırdı – mə­na­­sını bilmirdim. Soruşmasam da səbəbini belə yozurdum ki, belə əhvalda stres­si­n qar­şısı alınır. 45 dəqiqəlik akademik saatlarda müəllim az qalır başından imtina et­sin ki, bir neçə dəqiqəlik lokal vəziyyətdə nəfəs alsın. Mən nə üçün gülümsü­nür­düm? Sualına cavabımı düşünürdüm: aldığım qəpik–quruşun müqabilində sinifdə ca­­­nımı qoyuram, bəzən bir şagirdi “iki” görürəm, amma. Amma bu xasiyyətdə müəl­­­lim var ki zəngin bayıra səslənməsi üçün darıxmır, çünki neçə-neçə uşağın əli qalx­mış ki, onlardan gündəlik dərsini soruşum. Müəllimin bir dərsdən hədsiz yor­ğun, “yüklənmiş” çıxması, eləcə də belə “ağırlıqlar” altında səhəri yeni ruhla dərs keç­­məsi və on illərlə bu peşəyə aludəçiliyinin səbəbləri hələ də araşdırılmamışdır. Xü­­susən, Azərbaycanda psixoloqların dəqiq sayını bilən yoxdur, hələ də tədqiqat apa­rır, dissertasiyalar yazıb hətta professorlaşırlar da!

Axı, nə səbəbdəndir aldığı bir ovuc maaşını xərcləyib boş əllərini bir–birinə vu­randan sonra da ruhdan düşmür, yeni enerji ilə sinfə girir, əldən düşənəcən şa­gird­­lərilə işləyir. Bəs gündəlik çəkdiyi intəhasız əzab sabah üçün xatirə deyilmi? Fik­­rimə qayıdıram: psixoloqlar, həkimlər, bioloqlar “əzabla” yekunlaşan xatirələri yad­daşdan silmək barədə düşünmək istəmirlərmi? Belə çıxır, əzabkeş müəllimlər stres­s­lərini hər ayın sonunacan – maaş gününəcən daşımalıdırlar?

Yenə xarici alimlər fikirləşmişlər, eksperimentlər aparmışlar: İsrailli alimlər (bio­­loqlar, psixoloqlar, həkimlər) insan beynini araşdırıblar, belə ki, pasiyentlərin (müəl­­limlərin) sinifdə son dəqiqələrində keçirdikləri hissləri ilə müəyyən genlərin tə­­siri arasındakı əlaqəni aşkar etmişlər. Bununla keçmiş “xatirələrinin” sayəsində yad­daşda (beyində) qalan genetik işarəni müəyyənləşdirmişlər. Bu işarələrdən is­ti­fa­­də ilə dərsdən sonra beynindəki “xatirələri” çıxarmaq mümkündür. Maraqlı odur ki, belə tədqiqatdan xəbərsiz müəllimlərin beynində bu proses həllini tapır, yoxsa müəl­lim gündə 4-5 akademik saatın ağırlığına tab gətirərmi?!

Şagirdlərinin əvəzsiz sevimlisi olan müəllim daima özünü gümrah hiss etmə­yə kökləyir – buna çalışır, fəaliyyətində uğuruna inamı yaranır, təlaş, stress proble­mi­­nin qarşısını alır.

Pul saymağın insan sağlamlığına, əhval–ruhiyyəsinə müsbət təsirini hər bi­ri­­miz öz vərdişlərimiz və qayğılarımız müqabilində yaşayırıq. Baxır kim: biz­nes­men, bankir, vəzifəli, cibəgirən, cibdən çıxaran, alfons və “yeddilər”. Əlbəttə, bu tə­­bə­qələr üçün pul saymaq adi gündəlik işdir, qayğıdır. Barmaqları qabardır, sü­rət­lə işləyir; bir qayğısı var – bu pulların “məzarı” harada qazılacaqdır? Bu qəbirlərin için­­dəkilərin sahibləri siçanlar, siçovullar olacaqdır. Kağız pullar qızıla çevrilmişsə üstündə ilanlar qıvrılıb yatacaqlar.

Mənim Minseota Universiteti (ABŞ) alimlərinə bir iradım var. Onlar gös­tə­rir­­lər ki, pul saymağın insan ovqatına təsiri yaxşıdır, hətta beynin qan dövranını yax­­­şı­­laşdırır. Kağız puldan söhbət gedirsə, bunun elmi izahı belədir: barmaq­la­rın ki­­çik motorikası, yəni barmaqların hərəkəti beynin fəaliyyətinə müsbət tə­sir­li­dir, onu sti­mullaşdırır. İnsaflı tədqiqatçılar da var əllərinə pul az hallarda keçir ki, “pul əl çir­ki”dir, – deyirlər, bunun bir mənası odur ki, insanın mahiyyətini həll et­mir, bu gün var, sabah yoxdur, sahibinə vəfasızdır. Digər mənası pul çirkli “əş­ya”dır, üzə­rin­­də yüzlərlə müxtəlif mikrob ola bilir.

Pul sayanda insanın beyni elə sürətlə güclənir, hətta stressdən iflic dərə­cəsi­nə ça­tır. Məmur adam pullarını hifz edən “qəbrə” tələsir ki, milyonları, milyardları xi­las eləsin qaranlıqdan. Ağlına gəlmir ki, o haram pulların qoruyucusu qızıl ilan qıv­rılıb yatır, əlini uzadır ki…

P.S: – Pul sayanda sahibi sürətlə böyüyür.

– Pul sayanda sahibi ağrıya dözümlü olur.

– Pul sayanda qarətlər başlayır.

– Pul sayanda saat dayanır.

– Pul sayanda dirsəyini öpmək mümkünsüzdür.

– Pul sayanda ürəyin döyüntüsü 3 dəfə artır.

– Pul sayanda qızıl ilan qəbrə tələsir.

Pul əl çirkidir, – deyiblər, amma pul

insanlığın məhəg daşıdır, – deməyiblər.

 

Müəllif:   Allahverdi Eminov