Prezident Zelenski Krım səbəbindən Avropada müharibə olduğunu bəyan etdi

81

Ukrayna prezidenti Vladimir Zelenski Polşa prezidenti Andjey Duda, Estoniya prezidenti Kersti Kalyulayd, Litva prezidenti Qitanas Nauseda, Latviya prezidenti Eqils Levits ilə görüşdə Avropada Krım üzündən müharibə aparıldığını bəyan edib. Onun bəyanatı Ukrayna prezidenti saytında dərc olunub. “Ukraynanın bir hissəsi-Krım yarımadası ilhaq olunudğu zamanda, ölkəmizin şərqində gedən müharibə elə Avropada gedən müharibədir. Bizim bir yerdə olmağımız çox vacibdir”, deyə Zelenski bildirir. Varşavada keçirilən disskusiya zamanı o bildirib ki, “Millətin xoşbəxtliyi effektivliyi onların yerinə yetirilməsindən asılı olan qanunlara əsaslanır. Ukrayna Avropa Birliyini gücləndirəcək nəhəng dövlətdir”. Mayda “Üçüncü sektor” Ukrayna analitik mərkəzinin rəhbəri Andrey Zolotaryov bildirib ki, torpaq bazarının xarici maliyyəyə satışa açılması üzündən Kiyev yaxın gələcəkdə aqrar potensialından məhrum ola bilər.

 

Tərcümə etdi: Ülviyyə Şükürova