OQTAY ŞİRƏLİYEV NAZİR VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Nazir vəzifəsi yeni təyin olunan birinci müavinə tapşırıldı

117

Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Hurriyyet.org xəbəri verir ki , bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Bununla bağlı da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.