Polşanın xarici işlər naziri təcili Ukraynaya səfərə getdi

63
Polşanın xarici işlər naziri Zbiqnev Rau Ukraynanın sərhədlərindəki vəziyyəti müzakirə etmək üçün təcili bu ölkəyə səfərə gedir. Bu barədə Polşa Xarici İşlər Nazirliyi Twitter-də açıqlama verdi.

Açıqlamada, “Bu gün, 8 aprel tarixində nazir Zbiqnev Raunun Kiyevə fövqəladə təcili səfəri baş tutacaq. Səfər Ukrayna sərhədlərində sülhə təhdid ilə bağlıdır” deyilir.

Son günlərdə Qərb ölkələri dəfələrlə Ukrayna hərbçilərinin Rusiya ilə sərhəd boyunca rus ordusunun artırılması ilə bağlı dediklərindən narahatlıqlarını bildirdilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun əvvəl dediyi kimi, rus qoşunlarının Rusiya ərazisində yerdəyişməsi digər dövlətləri narahat etməməlidir, çünki onlara qarşı heş bir təhdid yaratmır. O həmçinin vurğulayıb ki, Donbasda baş verənlər Rusiya qoşunlarının heç vaxt iştirak etmədiyi Ukraynadaxili münaqişədir.

Tərcümə etdi: Ülviyyə Şükürova