Polşada şok: yarış zamanı Rusiya bayrağı ləğv edildi – Video

39

Polşada qadınlar arasında keçirilən dama üzrə dünya çempionatı zamanı insident yaşanıb.

Axar.az xəbər verir ki, Rusiya təmsilçisi Tamara Tansıkkujina və Polşa təmsilçisi Natalya Sadovskaya arasındakı görüş zamanı Rusiya bayrağı masa üzərindən götürülüb. Səbəb isə Beynəlxalq Antidopinq Agentliyinin zəngi olub. Bayrağı yarış təşkilatçıları yığışdırıb.

Təşkilatçılar bu addımı agentliyin federasiyanı təşkilatdan uzaqlaşdıracağı təhdidini səsləndirdiyinə görə atdıqlarını bildirib.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsinin qərarına görə, Rusiya idmançıları 2022-ci ilə qədər beynəlxalq oyunlarda ölkə bayrağı altında çıxış edə bilməzlər.