Ev Maraqlı Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi – FOTO

Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi – FOTO

435

Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşa şəhərinə gedib.

P. Bülbüloğlu Şuşa şəhərinə gəlişi zamanı uzun illərdən sonra atasının evini ziyarət edib.

Səfir jurnalistlərə açıqlamasında ata evini təmir etdirəcəyini, burada Bülbülün ev-muzeyinin yenidən bərpa ediləcəyini bildirib.

Şuşada olarkən incəsənət xadimləri həmçinin Cıdır Düzündə olub, Bakıdan Şuşa şəhərinə gətirilən abidələrə baxıb. \\BAKU.WS