“Peyvənd olmadıqda qızılca, məxmərək kimi xəstəliklər alovlana bilir” – Baş infeksionist

201

“Son vaxtlar pandemiya ilə əlaqədar uşaqlara vurulan peyvəndlərlə bağlı poliklinikalara müraciət azalıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19″ mövzusunda canlı yayımda çıxışında deyib.

O bildirib ki, əsas diqqət COVID-ə yönəldiyinə görə uşaqların bir sıra planlı peyvəndləri gecikə bilər: “Amma bu peyvəndlər mütləq olunmalıdır. Peyvənd olmadıqda qızılca, məxmərək kimi xəstəliklər alovlana bilir”.