Peşmərgə:  “ABŞ-ın rəhbərlik elədiyi koalisiyaya hücum bizə hücumdur”

213

Hurriyyet.org xəbər verir ki, Şimali İraq Kürd Muxtariyyətinin Peşmərgə Nazirliyi muxtariyyət ərazisində yerləşən, ABŞ-ın rəhbərlik elədiyi Beynəlxalq Koalisiya Qüvvələrinə istənilən hücumun peşmərgə qüvvələrinə hücum demək olduğunu bəyan edib.

Bəlli olduğu kimi, 15 fevral tarixində İraqın şimalında, Şimali İraq Kürd Muxtariyyətinin Ərbil şəhərində ABŞ bazasının yerləşdiyi hava limanına raket atılmış, zərbə nəticəsində bir nəfər dinc vətəndaş həlak olmuş, 6 nəfər yaralanmışdı. Yaralananlardan biri ABŞ hərbçisidir.