Peskov: “Türkiyənin suverenliyi ABŞ ilə NATO-nu narahat edir”

111

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Ankaranın suveren siyasi kursunun Vaşinqton ilə NATO-nu narahat elədiyi üçün onların Türkiyə hakimiyyətini tənqid elədiklərini bildirib.

Peskovun sözlərinə görə, ABŞ “daha üzüyola Türkiyə”nin olmasını istərdi ki, buna da S-400 satışı ilə bağlı vəziyyəti misal göstərmək olar: “Lakin, ABŞ-ın S-400 məsələsi və digər addımlarla bağlı Ankaraya  hökm eləmək cəhdlərinin boşa çıxması Ərdoğanın Türkiyəni necə qətiyyətlə irəli apardığını göstərir. Bu da Vaşinqtonun xoşuna gəlmir”.