Patruşev və ABŞ Prezidentinin müşaviri arasında telefon danışığı olub

84

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Nikolay Patruşev və Ceyk Sallivan Rusiya-ABŞ münasibətlərinin vəziyyəti və perspektivlərini, habelə Rusiya və ABŞ prezidentləri arasında görüşün mümkünlüyünü müzakirə ediblər”, – deyə bildirilib.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. \\Pravda