Paşinyana qarşı çıxanlar həbs edildi

165

Hurriyyet.org xəbər verir ki, bu gün İrəvanda etiraz nümayişləri zamanı onlarla etirazçı həbs edilib.

Bu gün Baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına əngəl ola bilməyən erməni müxalifəti binanın qarşısında nümayiş keçirib. Polis dərhal mitinqi dağıtmağa başlayıb və onlarla fəal həbs edilib.

İrəvanının hüquq-mühafizə orqanlarındakı mənbənin “RİA Novosti” agentliyinə verdiyi məlumatda 25 nəfərin polis bölməsinə aparıldığı bildirilir.

Müxalifət bu gün “İnqilab Meydanı” metro stansiyasından Ermənistanın Baş Prokurorluğunun binasına qədər yürüş keçirmək niyyətindədir. Bütün etiraz aksiyalarında eyni şüar səsləndirilir – Nikol Paşinyanın istefası tələb olunur və onun ünvanına təhqirlər yağdırılır.