Paşinyan Zöhrabyanı bu vəzifədən də uzaqlaşdırdı

276

Ermənistanın baş naziri Nikol Paşinyan Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Şurasının tərkibində dəyişiklik edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qərara əsasən, müxalif “Çiçəklənən Ermənistan” parlament fraksiyasının deputatı Naira Zöhrabyan şuradan xarici edilib.

Xatırladaq ki, Zöhrabyan daha əvvəl parlamentin insan haqları komissiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Yeni qərara görə, əvvəllər baş nazir aparatının rəhbəri Arsen Torosyan şuraya daxil edilib. O, burada daha əvvəl aparat rəhbəri vəzifəsini tutmuş Eduard Ağacanyanı əvəzləyib.
Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Şurası 2019-cu ildə yaradılıb.

//virtualaz.org/